Ana Səhifə Məqalələr İnkjet Kodlama Nədir?

İnkjet Kodlama Nədir?

Kodlama sistemləri

20.03.2026
İnkjet Kodlama Nədir?

İnkjet (mürəkkəb püskürtməli) sistemlər vasitəsilə istehsal etdiyiniz məhsulların üzərinə:

  • İstehsal və son istifadə tarixi;
  • Seriya nömrəsi, partiya nömrəsi, lot nömrəsi;
  • Loqo və qrafika;
  • Müxtəlif növ və tərkibli barkodların çap edilməsini təmin edən, müasir yeni nəsil texnologiyalı cihazlara verilən ümumi addır.
  • Bu cihazlar sayəsində sabit və ya dəyişən məlumatların markalanmasını həyata keçirə bilərsiniz, bu da məhsullarınızın bazardakı yerini brend keyfiyyətinizlə möhkəmləndirməyə imkan verir.

    İstifadə sahələri:

  • Qida sektoru;
  • Kabel sektoru;
  • Ağac (oduncaq) sektoru;
  • Təmizlik və gigiyena sektoru;
  • Ekstruziya sektoru;
  • Avtomobil sektoru və s.
  • TSE, ISO, CLP, GHS kimi əsas standartlara cavab vermək məqsədilə tələb olunan məhsul kodlaşdırma sistemləri həm istehsalçı, həm də istehlakçı üçün bir çox üstünlüklərə malikdir. Məsələn, alınması planlaşdırılan məhsulun istehsal və son istifadə tarixini izləmək, bu sahədə məlumatlı olmaq və məhsulun tərkibi haqqında bilgi əldə etmək istehlakçı üçün əsas üstünlüklərdəndir. İstehsalçı üçün isə əsas səbəblər brend tanınmasını təmin etmək, satışdan sonrakı məhsul izlənilməsini həyata keçirmək və ən önəmlisi, barkod tipləri ilə çap edərək məhsulun məhz özünə aid olduğunu təsbit etməkdir.

    Kodlaşdırma sistemləri əsasən 3 yerə bölünür:

  • Birincil kodlaşdırma;
  • İkincil kodlaşdırma;
  • Üçüncül kodlaşdırma
  • BİRİNCİL KODLAŞDIRMA NƏDİR?

    Birincil kodlaşdırma; məhsullarınızın ilk qablaşdırılması zamanı üzərinə son istifadə tarixi, istehsal tarixi, partiya nömrəsi və s. kimi məlumatların inkjet cihazları ilə çap edilməsinə verilən addır. Birincil kodlaşdırma, demək olar ki, bütün sektorlarda istifadə olunur. Qısacası, məhsulların qutulara (kolilərə) yığılmasından əvvəlki bütün çap proseslərinə birincil kodlaşdırma deyilir. Bu sahədə distribütoru olduğumuz INKDUSTRY cihazlarımızı kiçik simvollu kodlaşdırma məhsulları arasında tapa bilər, onlara aid məqalə və məlumatlarla tanış ola bilərsiniz.>

    İKİNCİL KODLAŞDIRMA NƏDİR?

    İkincil kodlaşdırma; birincil kodlaşdırmadan sonra məhsullarınız qutulara yığıldıqda, həmin qutuların (kolilərin) üzərinə müxtəlif məlumatların, məhsul və firma informasiyalarının, loqo və şəkillərin çap edilməsini təmin edən prosesdir. Bu sahədə distribütoru olduğumuz ALE firmasının cihazlarını yüksək dəqiqlikli (High Resolution) məhsullar arasında tapa bilər, onlara aid məqalə və məlumatları araşdıra bilərsiniz.