1. Sarfiyyat Materialları
Mürəkkəb kartricləri, solvent, lentlər və digər sarf materialları icarə haqqına daxil deyildir. Müştəri bu materialları Şirkətin tövsiyəsi ilə almalıdır.
2. Müştərinin Məsuliyyəti
- Printerin düzgün, istehsalçı təlimatlarına uyğun istifadəsi
- Mexaniki zədələnmə (düşmə, zərbə, əzilmə) halları Müştərinin məsuliyyətindədir
- Printeri suya, həddindən artıq nəmliyə məruz qoymaq qadağandır
- İcazəsiz açılma, dəyişdirmə qadağandır
- Uyğun olmayan elektrik gərginliyi ilə işlədilmə qadağandır
- Oğurluq, itki hallarına görə Müştəri tam məsuliyyət daşıyır
- Printerin üçüncü şəxslərə verilməsi qadağandır
3. Şirkətin Məsuliyyəti
- Printer işlək vəziyyətdə tam komplektli təhvil verilir
- İstehsal qüsurları və elektron nasazlıqlar Şirkət tərəfindən aradan qaldırılır
- Müştəri müraciətindən 24 saat ərzində texniki dəstək göstərilir
- Ciddi arıza halında ekvivalent avadanlıqla əvəzlənir
4. Ödəniş Şərtləri
Ödəniş icarə başlamazdan əvvəl tam ödənilməlidir. Gecikmə halında hər gün üçün məbləğin 0.5%-i cərimə tətbiq edilir.
5. Müqavilənin Xitamı
Müştəri müqaviləni vaxtından əvvəl ləğv etdikdə qalan müddətin 50%-i kompensasiya kimi ödənilir. Şirkət ödənişin gecikdirilməsi (+5 gün) halında müqaviləni birtərəfli ləğv edə bilər.
6. Qaytarma
Müqavilə müddəti bitdikdə printer eyni vəziyyətdə (normal köhnəlmə istisna olmaqla) qaytarılmalıdır.